waplog

“2D” seysmik işlərin yerinə yetirilməsi məqsədi ilə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədi hazırlanır


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Conoco Phillips Exploration Azerbaijan Ltd.” şirkəti arasında Azərbaycan Respublikasının ərazilərində ikiölçülü (2D) seysmik işlərin yerinə yetirilməsi məqsədi ilə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin hazırlanması ilə əlaqədar Ekologiya İdarəsində görüş keçirilib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə ARDNŞ-in məlumatında deyilir.
Məlumatda bildirilir ki, görüşdə iş həcmləri, layihənin icra qrafiki, çöl işlərinin təhlükəsizlik texnikası planı, torpaq sahələrindən istifadə ilə əlaqədar tələblər, təhlükəsizlik məsələləri, SƏTƏM üzrə öhdəliklər, risklər, ekoloji həssas ərazilər haqqında məlumatın əldə olunması və bir sıra digər məsələlər müzakirə edilib.

Tədbirdə ƏMTQ sənədinin hazırlanması ilə əlaqədar görülmüş işlərin müzakirə olunması məqsədilə ARDNŞ-in Ekologiya İdarəsi və “Conoco Phillips” şirkətinin nümayəndələri arasında növbəti görüşün avqustda keçirilməsi qərara alınıb.



CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL