waplog

Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun 200 illiyi ilə bağlı poçt markaları buraxılıb


Azərbaycan ədəbiyyatının böyük mütəfəkkirləri sırasında yaradıcılıq yolu və fəaliyyəti ilə xüsusi yer qazanan yazıçı, materialist filosof, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Mirzə Məhəmmədtağı oğlu Axundzadənin (Axundov) bu il 200 illik yubileyi qeyd olunacaq.

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı əsasında həyata keçiriləcək tədbirlər çərçivəsində onun ədəbi-bədii yaradıcılığına, həyat və fəaliyyətinə nəzər salınacaq, tədqiq olunacaq, müasir dövrümüzün prizmasından təqdim ediləcək.

Bu tədbirlərdən biri kimi, dahi mütəfəkkirin 200 illiyi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əmri ilə poçt markaları dövriyyəyə buraxılıb. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "Azərmarka" şirkətinin baş redaktoru Riad Ələkbərov məlumat verib. R.Ələkbərov qeyd edib ki, 100 min ədəd tirajla buraxılan və nominal satış qiyməti  20 qəpik olan markalar Belarus Respublikasında çap edilib.

Qeyd edək ki, Azərbaycan suveren dövlət kimi ilk dəfə olaraq poçt markalarını 1919-cu ilin oktyabr ayında buraxmağa başlayıb. Suveren dövlətin atributlarından biri kimi qəbul olunan poçt markalarının buraxılışında əsas məqsəd dövlətçiliyin və onun nüfuzunun möhkəmləndirilməsidir.
 
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL