waplog

“Nexus” daha bir planşet təqdim etdi


"Nexus" şirkəti "Android" əməliyyat sisteminin nəzarəti altında işləyən planşet kompyuterləri buraxmağa davam edir. Bu dəfə şirkətin əməkdaşları "Bliss Pad B7010" planşet kompyuterini təqdim ediblər.

"ICTnews" elektron xəbər xidmətinin "pitbit.ru" elektron resursuna istinadən verdiyi məlumata görə, aparat 800x480 piksel kəskinliyə malik 7 düymlü ekranla təmin olunub.

Qurğu 1GHz takt tezlikli "Boxchip A10" prosessoru ilə işləyir və 512 MB əməli, 8 QB daxili yaddaşa malikdir."Wi-Fi" modullu "Bliss Pad B7010" 0,3 Mp ön kamera və 3,400 mAh akkumulyator ilə təchiz edilib.  Modelin ölçüləri  192x124x12,8 mm təşkil edir.Planşet "Android 4.0 Ice Cream Sandwich" əməliyyat sisteminin nəzarəti altında işləyir.




CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL