waplog

Ölkələrarası övladlığa götürmə ilə bağlı e-müraciət proseduru açıqlanıb


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) rəsmi internet səhifəsində elektron xidmətlər bannerinə yeni “Müraciət et” bölməsi yerləşdirilib. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə,  “Müraciət et” bölməsi ölkələrarası övladlığa götürmə ilə əlaqədar elektron müraciət formasını əhatə edir.

Bu xidmətdən istifadə etmək istəyən şəxslər bölməyə daxil olaraq adını, soyadını, atasının adını, doğum tarixi və yerini, vətəndaşlığını, qeydiyyatını, ünvanını, əlaqə telefonlarını, elektron poçt ünvanını, cinsini, təhsilini, ailə vəziyyəti ilə bağlı məlumatları daxil etməlidir.

Bununla yanaşı, övladlığa götürməyə arzu edilən uşağın əlamətləri və övladlığa götürmənin səbəbinin qeyd olunması tələb olunur. Sadalanan qrafalar doldurulduqdan  sonra təhlükəsizlik kodu daxil edilir və “göndər” düyməsi sıxılmaqla ölkələrarası övladlığa götürmə ilə əlaqədar e-müraciət komitəyə ünvanlanır.



CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL