waplog

Gəncədə elektron kitablara maraq artır


Hazırda  Gəncənin elektron kitabxana sistemində kitabların sayı 15 mini keçib. Bu barədə Gəncə şəhər Mərkəzi Kitabxananın şöbə müdiri Gülnaz İsmayılova məlumat verib. Onun sözlərinə görə, ötən il 10 minə yaxın kitab elektron kitabxanaya daxil edilmişdisə də, bu ilin  sonuna bu rəqəm bir qədər də artaraq 15 mini ötüb.

Bu il kitabxanaya verilən bütün kitabların elektron forması hazırlanaraq bazaya yerləşdirilir.

Təkcə ötən il Gəncə şəhər Mərkəzi Kitabxanasından 60 mindən artıq oxucu istifadə edib. Gəncədə bir mərkəzi, bir uşaq və 23 kitabxana filialı oxuculara xidmət göstərir.






RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL