waplog

Tokioda Azərbaycan ilə informasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub


Tokioda Azərbaycan nümayəndə heyətinin Yaponiya Xarici İşlər Nazirliyinin informasiya idarəsinin rəis müavini Hagime Kişimori ilə görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin informasiya idarəsinin rəisi Cavanşir Məmmədov, "İRS" jurnalının baş redaktoru Musa Mərcanlı, ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə iştirak ediblər.

İki ölkənin xarici siyasət idarələrinin informasiya qurumları arasında daha sıx əməkdaşlıq əlaqələrinin qurulması, informasiya sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub.
H.Kişimori azərbaycanlı qonaqlara Yaponiyada informasiya siyasəti, bu sahədə dövlət qurumlarının oynadığı rol, XİN informasiya idarəsinin gördüyü işlər barədə ətraflı məlumat verib.

Azərbaycan nümayəndə heyəti ilə Yaponiyanın "JIJI PRESS" informasiya agentliyində də görüş keçirilib.
Agentliyin xarici xəbərlər redaksiyasının baş redaktoru Fumuhiko Sugiyama ilə görüşdə "JIJI PRESS" ilə daha sıx əməkdaşlıq əlaqələrinin qurulması, informasiya sahəsində əməkdaşlığın genişləndirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi barədə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Yaponiya ictimaiyyətinin Azərbaycan haqqında daha geniş məlumatlandırılması baxımından "JIJI PRESS" informasiya agentliyi ilə əməkdaşlığın genişləndirilməsi, informasiya sahəsində təcrübə mübadiləsi əhəmiyyətlidir. Bu məqsədlə agentliyin nümayəndə heyəti Bakıya dəvət edilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL