waplog

Yerli operator tanınmış DJ-i Bakıya gətirir


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan “Bakcell” şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

Daim fəal ünsiyyətdə olmaq və sosiallaşmaq istəyən gənclər, -“Bakcell” “Dreamexe Production” ilə birlikdə yayın ən qızmar vaxtında dünyanın ən çox sevilən DJ-lərindən birini sizlər üçün Bakıya gətirir.

“Qala Bazar” İstirahət mərkəzində təşkil olunacaq “COOL DANCE” - Bakı Yay Musiqi Festivalında dünyaca ünlü DJ-lər, TOP 10-ğa daxil olan Markus Schulz və britaniyalı Chris Lake Azərbaycanda ilk dəfə çıxış edəcəklər. İyul ayının 7-si və 13-ü təşkil olunacaq konsertlərdə xaricilərlə yanaşı, tanınmış yerli DJ-lər olan DJ Rem, AKG, Elio Sanchez və Hazy təmsil edəcəklər.

Bundan başqa, bütün qonaqları festival zamanı Cavid Quliyevdən unudulmaz Visual şou və Ukraynadan 3 metrlik Led İşıqlı robotlar gözləyir.

Azərbaycanda daha bir ilk olacaq bu layihə “Bakcell”in baş sponsorluğu və dəstəyi ilə həyata keçiriləcək. Bütün elektron musiqisevərləri ətrafına toplayacaq “COOL DANCE” festivalı yay aylarının əsas hadisəsinə çevriləcək.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL