waplog

“Bakcell” abunəçiləri xüsusi ekran vasitəsi ilə istədikləri nömrəni axtara biləcəklər


“Bakcell” şirkətinin yeni  «Sharks Mobile» diler mağazasının daxilində “touch screen” monitor quraşdırılıb. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə şirkətdən məlumat verilib. Məlumatda deyilir ki, bu monitor vasitəsilə müştərilər istədikləri nömrənin axtarışını verə biləcəklər.

Axtarış verildikdən sonra ekranda abunəçinin arzuladığı, yaxud da ona bənzər nömrələr görünəcək. İnnovasiya texnologiyası kimi Böyük Britaniya texnologiyasından istifadə edilərək Azərbaycanda ilk dəfə “touch screen foil” quraşdırılıb.

 Bu, xüsusi lent vasitəsilə sensor ekran funksiyasını yerinə yetirəcək adi şüşədir. Onun vasitəsilə “Bakcell” öz internet səhifəsini bəzi diler mağazaları və servis mərkəzlərinin çöl pəncərəsinə ötürə biləcək.

Bundan başqa «Sharks Mobile» “Bakcell” abunəçilərinə ilkin ödənişsiz 6 aylıq kreditlə telefon, planşet və noutbuklar əldə etmək imkanı verəcək. Özü də abunəçilər bu imkanı çox sadə formada - yalnız şəxsiyyət vəsiqələrini təqdim etməklə əldə edəcəklər.


RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL