waplog

RİM ilin sonuna kimi 7 yeni smartfon istehsal edəcəyinə söz verib


2011-ci ilin sonuna kimi 7 yeni “BlackBerry” smartfonu istehsal edəcəyinə söz verən RiM şirkət rəhbərliyi səhmdarlar tərəfindən etimadsızlıq rəyindən yaxasını qurtarmağı bacarıb. İcraçı direktorlar Cim Balsilli və Mayk Lazaridis investorları əmin ediblər ki, mobil bazarda Kanada istehsalçısı mövqelərinin bərpası üçün onların yaxşı planı var.
RİM rəhbərləri şirkətin keçmiş üstünlüyünü itirdiyini təsdiq ediblər. Bundan başqa, “PlayBook” planşetinin satışları gözlənilən nəticəni verməyib. Mayk Lazaridis qeyd edib ki, yaxın bir neçə ayda mağazalarda “BlackBerry OS 7” ilə işləyən 7 "ağıllı telefon" modelləri olacaq. Yeniliklər arasında buraxılışı avqust ayına planlaşdırılan “BlackBerry Bold 9900” smartfonu da var.
Bəzi analitiklər qeyd ediblər ki, RİM şirkətinin böhrandan çıxması üçün yeni qurğuları istehsal etməsi kifayət qədər operativ deyil. “RBC Capital Markets” ekspertləri Kanada korporasiyasına 2 sərbəst şirkətə bölünməyi məsləhət görüb, hansı ki biri şəbəkə biznesi ilə, digəri isə smartfon hazırlanması ilə məşğul olacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL