waplog

Paytaxtın mərkəzində yerləşən göydələnlərin sakinlərinə keyfiyyətli multimedia xidmətləri göstəriləcək


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) ONU avadanlıqlarını şəhərin mərkəzi hissələrində də quraşdırır. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə birlikdən məlumat  verilib.

Belə ki, Nərimanov  rayonu ərazisində yerləşən ATS-564/565 xətt şəbəkəsinin  fiber-optik kabelin tətbiqi ilə qurulması məqsədilə 496 nömrə tutumu  olan 1 ədəd ONU, ATS-566/567/514 xətt şəbəkəsinin fiber-optik kabelin tətbiqi ilə qurulması məqsədilə isə 9672 nömrə tutumuna malik 7 ədəd ONU istifadəyə verilib.

ONU avadanlıqlarının tətbiqi ilə son probleminin həlli məqsədilə yeni tikilmiş hündürmərtəbəli binalarda optik şəbəkə avadanlıqları qurularaq abunəçi xəttinin uzunluğu dəfələrlə azaldılıb. Bunun nəticəsində istifadəçilərə keyfiyyətli  multimedia xidmətlərinin göstərilməsi təmin edilir.

Qeyd edək ki, yeni texnologiyaların imkanlarından istifadə etməklə, abunəçilər «İAD», «İP-TV», «İP Console», «Centrex», «VPN» və digər bu kimi genişzolaqlı multimedia xidmətlərindən istifadə edə bilərlər.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL