waplog

“Nokia”dan “Asha 305”, “306” və “311” - bu hələ hamısı deyil


“Nokia” 1 milyard istifadəçini  internet şəbəkəsinə qoşmaq  strategiyasınının həyata keçirilməsi kampaniyası çərçivəsində  yeni “305”, “306” və “311” “Asha Touch” modellərini təqdim edib.
Bu modellər smartfonların imkanlarından istifadə etmək üçün nəzərdə tutulub.
                 
“Nokia Asha 311”-  həcmli sensorlu və cızmalara dözümlü ekrana malikdir. Unikal interfeys, 1 Ghz prosessor, 3G, Wi-Fi, Bluetooth modulları ilə təchiz olunub. Bu cihaz dizayndan başqa, sadə və həssas  istifadəçi interfeysinə malikdir.  Rənglərin dolğun və müxtəlif olması isə geniş alıcı auditoriyasının zövqünə uyğun olacaq.  

Siz hər zaman dostlarla sosial şəbəkə, internet və e-mail vasitəsilə əlaqədə ola bilərsiniz. Əlin bircə toxunuşu ilə sağa və sola vərəqləyərək, üç iş masasından istifadə etmək mümkündür. Displeydə sms, cavabsız zənglər və əsas parametrlər haqqında bildiriş paneli mövcuddur ki, onu toxunuşla yuxarıdan aşağıya sürüşdürdüyünüz zaman, bu paneli nəzərdən keçirmək mümkün olur. Büdcəyə uyğun bu smartfon, ekskluziv olaraq 40 pulsuz oyun, “Sosial Nokia”, “Nokia xəritələri” kimi əlavələri birbaşa menyudan dəstəkləyir. 
 
“Nokia Asha 305” - əsas xüsussiyətlərindən biri  Easy Swap texnologiyası və iki sim-kartın dəstəklənməsidir.  WQVGA displeyi rezistiv sensorlu ekranla uyğunlaşdırılıb.Cihaz Bluetooth modulu, 2Mp-li kamera ilə və pulsuz 40 ekskluziv oyunla təchiz olunub.
 
“Nokia Asha 306”, “Nokia 305” modelinə çox bənzəyir. Bu iki modeli bir-birindən fərqləndirən  bir sim- kartın dəstəklənməsi və Wi-Fi  moduldur.
 
Bütün yeni modellər Nokia Browser  2.0 dəstəkləyir. Əsas xüsusiyyətləri bilgilərin 90%-ə qədər sıxılmasını təmin etməkdir ki, bu da öz növbəsində istifadəçiyə sürətli və ucuz mobil internetdən istifadə etmək kimi üstünlüyü təmin edir. Əlavələr vasitəsilə lazım olan bütün məlumatları asanlıqla əldə etmək və brauzeri cihazı çevirərək portret və landşaft rejimində izləmək mümkündür. Cihazların hər biri 3 düymlü displey ilə təchiz edilib və yüngül çəkiyə malikdirlər. Yeni modellərin iyul və avqust aylarında satışa çıxarılacağı gözlənilir.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL