waplog

Məşhur qrafik təminatçısı video xidmət satın aldı


Qrafik proqram təminatı istehsalçısı olan “Autodesk” şirkəti  populyar “Socialcam” video xidmət və tətbiqinin 60 milyon dollara satın alınması haqqında saziş imzalayıb.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən  bildirir ki, 2011-ci ilin martında istifadəyə verilmiş “Socialcam” xidməti həm onlayn-xidmət, həm də mobil tətbiq kimi fəaliyyət göstərir. Proqram videoçarxları çəkmək və redaktə etmək, həmçinin onları internet-resurslarda yerləşdirmək imkanı yaradır.

“Socialcam”-ın “Android” və “iOS” platformaları üçün mobil tətbiqləri 16 milyon dəfədən çox yüklənib.
Məlumat üçün bildirək ki, “Autodesk” şirkəti 3D dizayn, qrafik modelləşdirmə, layihələşdirmə üçün proqram təminatı hazırlayır. Şirkətin ən populyar məhsullarından biri “AutoCAD”-dır.



 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL