waplog

Yerli İT şirkəti “Cisco” şirkətinin MDB ölkələri üzrə ən yaxşı premyer-partnyoru seçildi


“BestComp Group” şirkəti  “Cisco” şirkətinin MDB ölkələri üzrə ən yaxşı premyer-partnyorudur. Bu barədə şirkətdən məlumat verilib. Məlumatda bildirilir ki, şirkət biznes partnyor olmuş və bir çox illər ərzində “Cisco” şirkəti ilə uğurla əməkdaşlıq etməkdədir. 

“BestComp Group”  şirkəti “Cisco” avadanlığının istifadəsi ilə mürəkkəb inteqrasiya layihələrinin həyata keçirilməsində geniş praktik təcrübəyə malikdir. Bu həllərin uğurlu inkişafına və yüksək satış səviyyəsinə təsir göstərən amillərdən biri şirkətin nüfuzlu səriştə və ixtisaslaşma səviyyəsinə malik olması, müştərilərin müsbət rəyləri, həmçinin mütəmadi həyata keçirilən birgə marketinq fəaliyyətləridir. 

“Cisco” məhsulları bazarın müxtəlif sahələrində fəaliyyət göstərən korporativ müştərilər tərəfindən kompyuter şəbəkələrinin yaradılması üçün istifadə edilir və bu əməyin məhsuldarlığının artırılmasına, göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə və müəssisənin rəqabət qabiliyyətinin artırılmasına səbəb olur. 

 Qeyd edək ki, 1995-ci ildə yaradılan “BestComp Group” şirkəti Cənubi Qafqazda ən qabaqcıl İKT şirkətlərindən biridir. Dünyanın bir çox aparıcı şirkətləri ilə İKT sahəsində əməkdaşlıq edən “BestComp Group” fəal distribyutorluq, korporativ sifarişçilər üçün əhəmiyyətli biznes İKT həllərinin hazırlanması və tətbiqi, kommunikasiya şəbəkələrinin yaradılması, fasiləsiz enerji təchizatı sistemlərinin qurulması və kompyuter texnikasının pərakəndə satışı ilə məşğuldur. 

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL