waplog

Beyləqan İntellektual Klubu yaradıldı


MİL gənclərin vətənpərvərlik tərbiyəsi klubu və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı, Azərbaycan İntellektual Oyunlar Federasiyası və Beyləqan rayonu Gənclər və idman idarəsinin dəstəyi ilə Beyləqan rayonunda intellektual klub təsis edilib. Bu barədə məlumatı AİOF-in icraçı direktoru Seymur Teymurov məlumat verib.  

Beyləqan İntellektual Klubu regionlarda intellektual oyunların inkişafı, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə yaradılıb. Klubda ənənəvi intellektual oyunların – Nə? Harada? Nə zaman?, Breyn-rinq, Xəmsə təşkili ilə yanaşı müxtəlif intellektual inkişaf yönümlü tədbirlərin keçirilməsi planlaşdırılır.

Azərbaycan İntellektual Oyunlar Federasiyasından verilən məlumatda qeyd olunur ki, tezliklə Beyləqanda Nə? Harada? Nə zaman? oyunu üzrə rayon çempionatı keçiriləcək. Federasiyanın icraçı direktoru Seymur Teymurovun sözlərinə görə, Beyləqan İntellektual Klubunun təsis edilməsi Azərbaycan gəncliyi 2011-2015-ci illərdə dövlət proqramının regionlarda gənclərin intellektual klublarının yaradılması bəndinin icrası istiqamətində növbəti addımdır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL