waplog

Doktorant və dissertantların informatika fənni üzrə namizədlik imtahanları başa çatıb


Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda  doktorant və dissertantların informatika fənni üzrə namizədlik imtahanları başa çatıb.

Namizədlik minimumu imtahanlarına hazırlıq məqsədilə doktorant və dissertantlar üçün institutun tədris-innovasiya mərkəzində kurslar təşkil olunub. İmtahana hazırlıq prosesində kompyuter və proqram təminatlarından, elmi-tədqiqat işlərində internet və informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən səmərəli istifadə ilə bağlı zəruri biliklər tədris olunmuşdur. Bununla yanaşı, informasiya texnologiyalarının yeni istiqamətləri üzrə mühazirələr oxunub.

İmtahanlar 4 istiqamət üzrə keçirilib.Bir ay davam edən imtahanlarda 579 doktorant və dissertant iştirak etmişdir. Onlardan 308-i “əla”, 182-si “yaxşı”, 45-i “kafi”, 44-ü isə “qeyri-kafi” qiymətləndirilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL