waplog

Azərbaycanda İKT xidmətlərinin həcmi 14,4 faiz artıb


Yanvar-iyun ayları ərzində təşkilatlara və əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 562,2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 14,4 faiz çoxdur. Bu barədə cümə axşamı Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Ümumi həcmdən 73,4 faiz əhaliyə göstərilən xidmətlərin payına düşür. Bununla yanaşı, alınan gəlirlərin 62,7 faizi mobil rabitə xidmətlərinin payına düşür. Bu xidmətlər ötənilki göstərici ilə müqayisədə 5,6 faiz artaraq 352,6 milyon manat təşkil edib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL