waplog

“Galaxy” smartfonları “Samsung”u xilas edib


“Samsung” şirkəti 2012-ci maliyyə ilinin ikinci rübündə 5,19 trilyon von (4,53 milyard dollar) həcmində rekord mənfəət əldə edib. Bu barədə “Samsung”un iyulun 27-də təqdim etdiyi maliyyə hesabatında qeyd edilib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, “Samsung”un rüblük mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz artıb.

“Galaxy” smartfonlarının satış həcmi şirkətin mənfəətinin artmasına səbəb olub. Smartfon istehsalı ilə məşğul olan bölmə şirkətin əməliyyat mənfəətinin 60 faizini təmin edib. Şirkətin mədaxili 47,6 trilyon von (təxminən 41,5 milyard dollar) təşkil edib.





 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL