waplog

Gözlərin hərəkətilə ekranda şəkil çəkmək mümkün olacaq


Pyer və Mari Küri adına Universitetdə çalışan fransalı alimlər qrupunun Jan Lorensin rəhbərliyi ilə hazırladığı yeni kompyuter sistemi kursoru gözlərin hərəkətilə kompyuterin ekranında səlis şəkildə idarə etməyə imkan yaradır.

Bu sistem gələcəkdə iflic olmuş insanlara ekranda yazmaq və şəkil çəkmək imkanı yaradacaq.
“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, yeni sistemə alışmaq və kursoru ekranda səlis şəkildə idarə etmək üçün insana azca təcrübə lazımdır.

Yeni sistemin iflic olmuş insanlar arasından seçilmiş könüllülər üzərində tammiqyaslı sınaqdan keçirilməsinə gələn il başlanacaq.





EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL