waplog

Gədəbəy rayonunun ucqar dağ kəndləri internetlə təmin ediləcək


Bu ilin oktyabr ayına qədər Gədəbəy rayonunun ucqar dağ kəndləri sürətli internetlə təmin ediləcək.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Gədəbəy rayon Telekommunikasiya İdarəsinin rəisi Ramiz Məmmədov məlumat verib.

O bildirib ki, artıq bu məqsədlə rayona 70 kilometr uzunluğunda optik kabellər gətirilib ki, yaxın günlərdə xətlərin çəkilişinə başlanılacaq. Optik kabellər çəkildikdən sonra ucqar kəndlərdə sürətli internet üçün DSLM qurğuları quraşdırılacaq.

Hazırda Gədəbəyin 109 kəndinin 9-da sürətli internet var. Rayonun mərkəzində abonentlərin 20 faizi, kəndlərdə isə 0,9 faizi sürətli internetlə təmin edilir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL