waplog

“Nar Mobile” abunəçilərinə yeni mobil xidmət növünü təqdim edir


“Nar Mobile” mobil operatoru, Azərbaycanın Olimpiya yığmasının rəsmi kommunikasiya tərəfdaşı, “London 2012” Olimpiya oyunları ilə əlaqədar öz abunəçilərinə yeni xidmət növünü təklif edir. Belə ki, yeni SMS xidmətinə abunə olan “Nar Mobile” abunəçiləri Olimpiya oyunları müddətində yarışlar haqqında yenilikləri, nəticələri və digər məlumatları əldə edə biləcəklər.

Xidmətə qoşulmaq üçün abunəçi START AZE yazaraq, 2012 qısa nömrəsinə mesaj göndərməklə, Azərbaycanın Olimpiya yığmasının nəticələri ilə tanış olmaq imkanını əldə edəcəkdir.

Abunəçilər digər xidmət seçimləri ilə tanış olmaq üçün isə HELP sözünü 2012 qısa nömrəsinə göndərməlidirlər. Abunəçi xidmətdən çıxmaq istədiyi təqdirdə isə eyni nömrəyə STOP AZE göndərməlidir.
Xidmət haqqı cəmi 1 AZN təşkil edir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL