waplog

“Samsung” planşet istehsal edəcək?!


“Samsung” şirkəti cari ildə güclü parametrə və yüksək dəqiqlikli ekrana malik superplanşet istehsal edə bilər. Bu barədə Cənubi Koreya istehsalçısının məhkəmədə “Apple” şirkəti ilə mübahisə zamanı təqdim etdiyi sənədlərdən məlum olub.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, aparat sənədlərdə “P10” kod adı ilə qeyd edilib. O, “4G” şəbəkəyə qoşulmaq imkanına, 11.8 düym diaqonallı ekrana, “WQXGA” (2560x1600 nöqtə) təsvir ölçüsünə malikdir. Prosessorun tipi, daxili yaddaşın tutumu və digər texniki xüsusiyyətlər haqqında məlumat yoxdur.

Planşet, ehtimal ki, “Galaxy Tab 11.8” adlandırılacaq və əməliyyat sistemi kimi “Android 4.0” (Ice Cream Sandwich) quraşdırılacaq. Sənəddə qeyd edilib ki, aparat 2012-ci ildə işıq üzü görəcək.




 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL