waplog

Gənc mühəndislərə neft ixracı və emal texnologiyaları ilə bağlı təlim keçirilib


İyulun 1-8-də universitet tələbələri üçün “Gənc mühəndislərin III Yay məktəbi” keçirilib. “Xəzər Mühəndisləri” İctimai Birliyinin Qafqaz Universiteti ilə birgə təşkil etdiyi bu təlimə Azərbaycanda və xaricdə təhsil alan 24 tələbə qatılıb. “BP Azərbaycan” şirkətinin sponsorluğu və “Azercell”in dəstəyi ilə keçirilən “Yay məktəbi”ndə geoloji araşdırma metodları, neft ixracı və emal texnologiyaları, alternativ enerji istehsalı üsulları, informasiya texnologiyaları və s. maraqlı mövzular haqqında təqdimatlar baş tutub. Təlim zamanı tələbələrin bir sıra müəssisələrə, o cümlədən “Azercell”ə ekskursiyası da təşkil olunub. Bu zaman gənc mühəndislər şirkətin işi, fəaliyyətində tətbiq etdiyi texnologiyalar, inkişaf strategiyası haqqında geniş məlumat alıblar. Onlar şirkətin mütəxəssisləri ilə görüşüb özlərini maraqlandıran suallara cavab almaq imkanı da qazanıblar. “Yay məktəbi”nin təlimçiləri sırasında Massaçuses Texnologiya İnstitutu, Moskva Dövlət Universiteti, Oksford Universiteti, Mançester Universiteti, Florida Universiteti, Orta Doğu Texnik Universiteti və Boğaziçi Universiteti məzunları olub. Dərslərdən sonra tələbələr üçün maraqlı sosial proqram da təşkil olunub.

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL