waplog

Yerli mobil operatordan 12 ay ərzində ölkədaxili 30 dəqiqə pulsuz dəqiqələr kampaniyası


“Nar Mobile” pulsuz dəqiqələr kampaniyasının müddətini artırdı. Belə ki, cari ilin mart ayından etibarən istənilən “Nar” nömrəsi alan abunəçiyə, nömrəni aktivləşdirdikdən sonra növbəti 12 ay ərzində hər ay ölkədaxili zənglər üçün 30 dəqiqə danışıq vaxtı hədiyyə olaraq verilir.

Bonus dəqiqələr həm səsli, həm də videozənglər üçün etibarlıdır. Təqdim olunan bonus dəqiqələrdən istifadə müddəti 30 gündür. Lakin istifadə olunmayan bonus qalığı növbəti aya keçirilmir.
 
Bonus dəqiqələr ay ərzində yalnız bir dəfə təqdim olunur və ilk ay üçün bonus nömrə aktivləşdirildiyi andan etibarən abunəçinin balansına avtomatik olaraq yüklənilir. Növbəti 11 ay ərzində isə bonuslar abunəçi balansını ən azı 2 AZN dəyərində artırdıqda təqdim olunur.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL