waplog

BMT-nin Elektron Hökumət Komissiyasının sədri Azərbaycana gəlir


Birləşmiş Millətlər Təşkilatının (BMT) Elektron Hökumət Komissiyasının rəhbəri, Avrasiya Dialoq Mərkəzinin İdarə Heyətinin üzvü səfir Valter Fust Azərbaycana gələcək. Onun səfəri bu il sentyabrın 29-dan oktyabrın 5-nə qədər davam edəcək.

“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Avrasiya Dialoq Mərkəzinin həmtəsisçisi və BMT-nin gənc səfiri Rövşən Muradov ölkə mətbuatına verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, V.Fust səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Onun Nizami Gəncəvinin 870 illiyi ilə bağlı yubileyi ilə bağlı mərasimlərdə iştirak etmək üçün Gəncəyə səfər etməsi də planlaşdırılıb.

Məlumat üçün bildirək ki, V.Fust bundan əvvəl də Azərbaycanda səfərdə olub. O, səfərdə olarkən qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı da fikirlərini açıqlayıb. V.Fust bu məsələni siyasətçilərin deyil, tarixçilərin araşdırmalı olduğunu bildirib: “Nədən dünyanın tanınmış araşdırmaçıları bu məsələni araşdırıb birgə qərar verməsinlər? Müasir inkişaf mərhələsində tarixi anlaşılmazlıqlar üzündən süni maneələr yaradılması doğru deyil”. O deyib ki, Türkiyədə kilsənin və orda əhəmiyyətli tarixi arxivin qorunduğunun şahidi olub: “ Bu arxivlərdəki materiallar  müxtəlif dillərə tərcümə olunmalı, problemlər tarixdə qalmalı, tarixi məsələlərin müzakirəsi isə ziyalıların öhdəsinə buraxılmalıdır”.

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL