waplog

“Microsoft” “Hotmail” poçt xidmətində qeydiyyat sistemini sərtləşdirdi


“Hotmail” poçt xidmətinin təhlükəsizliyini təmin etmək üçün “Microsoft” korporasiyası təhlükəsizlik zəncirində ən zəif həlqəyə - xidmət istifadəçilərinə müraciət etməyə qərar verib. Texniki mütəxəssislər çoxdandır bildirirlər ki, hesab üçün "123456" və ya "password" tipli şifrələr yaratmaq lazım deyil. Ancaq mütəxəssislərin məsləhəti istifadəçilərə yalnız onların özləri qurban olduqda təsir etməyə başlayır.
“Microsoft” sadə şifrə problemini aradan qaldırmaq üçün əvvəlcə “Hotmail” poçt xidmətində istifadəçinin şifrəsinin çox sadə olması və onun hesabının hədəf ola bilməsi haqqında xəbərdarlıq sistemi əlavə edib. İndi isə istifadəçinin şifrəsi minimal təhlükəsizlik tələblərinə uyğun olmadıqda “Hotmail” xidmətdən istifadə etməyə icazə vermir.
Əgər istifadəçi əvvəllər çox sadə şifrədən istifadə edibsə, o zaman xidmət ona sadə şifrənin mürəkkəbə çevrilməsi üçün müəyyən müddət verir. “Microsoft”dan bildiriblər ki, şifrələrin yoxlanmasının yeni sistemi çox sadə və aşkar şifrələrin, həmçinin geniş yayılmış “iLoveCats”, “iLoveYou” və digər belə lüğət kombinasiyalarının qeydiyyatına icazə vermir. Şirkətdən bildiriblər ki, sərt qeydiyyat sistemi şirkətin son “qırma” hadisələrinə cavabıdır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL