waplog

Bu il Rusiyada mobil reklam bazarının həcmi 85 faiz artacaq


"EMarketer" tədqiqat şirkətinin yeni proqnozuna əsasən, 2012-ci ildə Rusiyada mobil reklam bazarının həcmi 85 faiz artaraq 37 milyon dollar təşkil edəcək və 2015-ci ilədək onun həcmi artıq 111,2 milyon dollar təşkil etməlidir.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, ABŞ-da 2012-ci ildə mobil internetdə reklama çəkilmiş xərclərin həcmi ilk dəfə olaraq bu göstərici üzrə digər ölkələri ötəcək. "EMarketer" mütəxəssislərinin məlumatlarına əsasən, bütövlükdə 1 il ərzində internetdə mobil reklama çəkilmiş xərclərin həcmi 6,43 milyard dollar təşkil edəcək.

Rusiyada 2012-ci ildə mobil reklam bazarının həcmi 85 faiz artaraq 37 milyon dollar təşkil edəcək. 2010-cu il ərzində bu bazarda artım 100 faiz, 2011-ci ildə isə 66,7 faiz təşkil edib.
Yaponiya ötən illər ərzində mobil reklama çəkilmiş xərclərin həcmi üzrə ən böyük bazar olub; bu bazarın həcmi 2011-ci ildə 1,36 milyard dollar təşkil edib.

Asiya-Sakit okean regionu mobil reklam sahəsində əvvəlki kimi güclü bazar olaraq qalır və bu istiqamət üzrə Avropa ölkələrini əhəmiyyətli dərəcədə qabaqlayır. "EMarketer" sirkətinin proqnozuna əsasən, 2012-ci ildə Asiya-Sakit okean regionunda mobil reklama çəkilmiş xərclər 2,56 milyard dollara çatacaq, halbuki Qərbi və Şərqi Avropa ölkələrində xərclərin həcmi yalnız müvafiq olaraq 1,3 milyard və 121,1 milyon dollar təşkil edəcək.





 
EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL