waplog

“Samsung Galaxy Note 10.1” planşeti satışa çıxarılıb


“Samsung” şirkəti 10,1 düymlü sensor ekrana malik “Galaxy Note 10.1” planşet kompyuterini satışa çıxarıb. Aparata “Android 4.0 Ice Cream Sandwich” proqram platforması quraşdırılıb.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, planşet barmaqlarla idarəetməni və “S Pen” adlı xüsusi qələm vasitəsilə əllə daxiletməni dəstəkləyir. “S Note” aləti vasitəsilə birbaşa veb-brauzer, foto və ya videomateriallarda qeydlər etmək mümkündür.

Model 1,4 QHs takt tezliyində işləyən 4 nüvəli prosessorla təchiz edilib. Əməli yaddaş tutumu 2 QB təşkil edir. Ekranın təsvir ölçüsü 1280×800 nöqtəyə (WXGA) bərabərdir.

“Galaxy Note 10.1” planşeti, həmçinin 5 və 1,9 meqapiksel matrisli kamera, “GPS/QLONASS” qəbuledicisi, “MicroSD” (64 QB-a qədər) slotu, “Bluetooth 4.0” və “Wi-Fi 802.11a/b/g/n” simsiz rabitə adapterləri, akselerometr, rəqəmli kompas, işıqlanma datçiki və jiroskop tənzimçisi ilə təchiz olunub.
Planşetin ölçüsü 262×180×8,9 millimetr, çəkisi təxminən 600 qram təşkil edir. Akkumulyator batareyasının tutumu 7000 milliamper/saata bərabərdir.

Planşet artıq Cənubi Koreya, Almaniya, Böyük Britaniya və ABŞ-da 480 avro qiymətinə əlçatandır. Avqustun sonunadək digər ölkələrdə də əlçatan olacaq.
 

 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL