waplog

NASA ərzaq böhranı ilə mübarizə aparacaq


NASA-da çalışan alimlərin hazırladığı sistem üçüncü dünya ölkələrinə yağıntıların miqdarına görə iqlim proqnozlarını müəyyən etməkdə yardımçı olacaq.

Məlum olduğu kimi, Afrika və Asiya regionlarında yerləşən kasıb ölkələrdə məhsulun həcmi yağıntıların miqdarından asılıdır. Zəif inkişaf etmiş kənd təsərrüfatı yağıntılar az olduğu halda kifayət qədər məhsul götürməyə imkan vermir. Bu isə ərzaq böhranı, aclıq və humanitar fəlakətlərin yaranmasına səbəb olur.
“ICTnews.az” elektron xəbər xidməti “http://it-news-world.ru/” saytına istinadən bildirir ki, NASA mümkün quraqlıqlar haqqında əvvəlcədən məlumat vermək üçün “FEWS” ("aclığın erkən təyininin şəbəkəsi") peyk nəzarət sistemi hazırlayıb.

Texnologiya artıq yaxın iki ildə Keniya ərazisinə düşəcək yağıntıların miqdarı haqqında proqnoz verib. Bu məlumatlar emal edildikdən sonra tərəfdaş təşkilatlara təqdim olunur.

Quraqlıqların erkən mərhələdə müəyyənləşdirilməsi nəticəsində humanitar təşkilatlar baş verə biləcək hadisələrin qarşısını alaraq  minlərlə insan həyatını xilas edə biləcəklər.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL