waplog

“Samsung” qurğularının quraşdırıcısı uşaq əməyindən istifadə edir


Cənubi Koreyanın “Samsung Electronics” şirkətinin istehsalı olan qurğuların quraşdırılmasını müqavilə əsasında həyata keçirən Çinin “HEG Electronics” şirkətinin iş prosesində həddi-büluğa çatmamış şəxslərin əməyindən istifadə etdiyi məlum olub.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən  bildirir ki, 16 yaşı tamam olmamış ən azı 7 uşağın Çinin “HEG Electronics” şirkətinə məxsus zavodlarda işlədiyi məlum olub. Onlar böyüklərlə eyni şərtlərdə işləmələrinə baxmayaraq, maaşın yalnız 70 faizini alıblar.

Amerikanın “China Labor Watch” təşkilatı cari ilin iyun və iyul aylarında “HEG Electronics” zavodunda yoxlama aparıb. Təşkilatın mütəxəssisləri bundan əvvəl “Apple” şirkətinin Çin tərəfdaşlarının zavodlarındakı iş şərtlərini araşdırıblar. 2010-cu ildə onlar “Foxconn Technology” şirkətinə məxsus zavodlarda çoxsaylı əmək qanunvericiliyi pozuntuları haqqında hesabat dərc etmişdilər. Lakin son hesabata əsasən, “HEG Electronics” şirkətinə məxsus  zavodlarda iş şərtləri “Foxconn” ilə müqayisədə daha pisdir.

“China Labor Watch” təşkilatının əməkdaşı araşdırma aparmaqdan ötrü “HEG Electronics” zavodunda işə düzəlib və orada işləyən ən azı 7 həddi-büluğa çatmamış əməkdaş aşkar edib.

Bundan əlavə, hüquq müdafiəçiləri “HEG Electronics” şirkətinə məxsus zavodlarda çalışan əməkdaşların əksəriyyətinin 8 saatlıq iş saatından əlavə işlədiyini aşkar ediblər. "Şirkət birbaşa Çinin əmək qanunvericiliyini pozur" - hesabatda belə qeyd olunub.

Eyni zamanda, “Samsung” şirkəti hüquq müdafiəçilərinin ittihamlarını təsdiqləməyib. "Samsung Electronics ilin əvvəlindən “HEG Electronics” zavodlarında iş şərtlərini iki dəfə yoxlayıb, lakin  pozuntu aşkar etməyib" - şirkətin nümayəndəsi Nam Kinq Yu bildirib.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL