waplog

Azərbaycanın daha bir regionunda intellektual klub təsis edilib


"Dünyaya Pəncərə" Biləsuvar Gənclərinin İctimai Birliyi və Xəzər İntellektual Gənclər Klubu Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının həyata keçirilməsi istiqamətində Biləsuvarda intellektual klub təsis ediblər.

 “ICTnews” elektron xəbər xidmətinin Azərbaycan İntellektual Oyunlar Federasiyasına istinadən verdiyi məlumata görə, federasiyanın dəstəyi ilə yaradılan klubda “Nə? Harada? Nə zaman?”, “Breyn-rinq” və “Xəmsə” kimi intellektual oyunlar üzrə mütəmadi yarışlar təşkil olunacaq.

"Dünyaya Pəncərə" Biləsuvar Gənclərinin İctimai Birliyi sədri Ziya Bağırovun sözlərinə görə, yeni yaradılan klub artıq indidən iddialıdır. O, avqustun 11-də Biləsuvarda ilk rayon çempionatının baş tutacağını qeyd edərək, yarışda 8 komandanın çıxış edəcəyini deyib.

Ümumiyyətlə, Azərbaycan İntellektual Oyunlar Federasiyasının dəstəyi ilə Quba, Beyləqan, Sabirabad və Göygöldə intellektual klublar yaradılıb. Tezliklə digər regionlarda da intellektual klubların yaradılması gözlənilir.



CAHANGİR



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL