waplog

Məşhur internet İT şirkətinin qeyri-adi ofisi (FOTO)


İnternet nəhəngi "Google" Londonda yeni üslublu mənzil-qərargahını təqdim edib. Kovent-Qardendə 160 000 kv. m.-lik sahəni əhatə edən ofisdə əməkdaşlar üçün yaradılmış iş şəraiti qeyri-adiliyi ilə fərqlənir. Belə ki, yeni ofisdə rəqs studiyası, trenajor zalı, massaj kabineti, qış bağı və çoxsaylı "istirahət otaqlar"ı da yaradılıb.

Bundan əlavə, şirkət personalın əkib-becərmə işləri ilə məşğul olması üçün torpaq sahəsi də ayırıb ki, burada əməkdaşlar istədikləri məhsul növünü becərə bilərlər. Hətta velosiped sürmək üçün lazımi yerlər də ayrılıb.
 
http://www.euromag.ru/ saytının məlumatına görə, otaqların daxili interyerinin dizaynerlərinə unikal iş məkanını yaratmaq üçün tam sərbəstlik verilib. Nəticədə müxtəlif rəng çalarlarının vəhdətinin üstünlük təşkil etdiyi qeyri-adi dizayna malik ofis otaqları yaradılıb. Güllü divar kağızları, yumşaq divarlar, parlaq rəngli mebellərlə bəzədilmiş ofis zonaları, danışıqlar aparmaq üçün nəzərdə tutulmuş otaqlar, konfrans-zalları daha çox realiti-şounun otaqlarına bənzəyir.





NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL