waplog

“Xalq kompyuteri” layihəsi çərçivəsində satılan kompyuterlərin sayı 18,5 mini ötüb


Hazırda “Xalq kompyuteri” layihəsi çərçivəsində satılan kompyuterlərin sayı  18 550 ədəd təşkil edir. “ICTnews” elektron xəbər xidmətinin layihənin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, layihənin inkişaf meyilləri Azərbaycan əhalisi arasında ona olan tələbatın göstəricisidir. Qeyd etmək lazımdır ki, ölkənin regionlarında da layihəyə  böyük maraq müşahidə edilir.

Bu gün Azərbaycanda “Xalq kompyuteri” layihəsinin təkliflər paketinə dünya lideri “HP” şirkətinin istehsalı olan şəxsi kompyuterlər daxildir və istifadəçilər layihənin internet saytında (http://xalqkomp.az/Models.html) təqdim edilmiş istənilən həldən birini seçə bilər. Hazırda model çeşidinə “HP ProBook” və “Pavillion” noutbukları cərgəsi, şəxsi kompyuterlər, “All-in-One” sistemləri və “HP” netbukları daxildir ki, bunların da texniki göstəriciləri bazarın bugünkü meyillərinə tam cavab verir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təşkil olunan layihə "Microsoft" və "HP" şirkətləri tərəfindən təqdim edilir və təchizat isə "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir. Layihədə, həmçinin "Azercell" və "Azerfon" mobil rabitə operatorları iştirak edir. Kompyuterlərin çatdırılması və aylıq ödənişlərin qəbulu "Azərpoçt" MMC tərəfindən həyata keçirilir.

Xatırladaq ki, «Xalq kompyuteri» layihəsinin məqsədi əhalinin müxtəlif sosial təbəqələrinin müasir kompyuterlər və lisenziyalı proqram təminatı əldə etmələri üçün şəraitin yaradılması, regionlarda İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) dayanıqlı tətbiqinin genişləndirilməsi vasitəsilə "rəqəmsal bərabərsizliyin" aradan qaldırılması, eləcə də Azərbaycan hökumətinin  informasiya cəmiyyətinin və "elektron hökumət"in inkişafına yönəldilmiş fəaliyyətinə dəstək olmaqdan ibarətdir.

Hazırda layihə orta məktəb müəllimləri və şagirdlərinin, ali təhsil müəssisələrinin müəllim və tələbələrinin, dövlət qulluqçularının, həmçinin səhiyyə işçilərinin ailələrinə  faizsiz olaraq 12 ay müddətinə kreditlə və bazar qiymətlərindən 25-40% aşağı qiymətlərlə kompyuterə sahib olmaq imkanını təqdim edir.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL