waplog

“Rabitəçi” idmançı London Olimpiadasında bürünc medal qazanıb


 “Rabitəçi” İdman Klubunun üzvü, boksçu Teymur Məmmədov (91 kq) XXX London Yay Olimpiya Oyunlarında Azərbaycanı uğurla təmsil edərək bürünc medala layiq görülüb.

İlk iki döyüşündə Tapu Opetaya Caya (Avstraliya) və Sergey Korneyevə (Belarus) qalib gələn boksçumuz yarımfinalda italiyalı Klemente Russo ilə qarşılaşıb. İlk iki raund Teymurun 9:6 hesablı qələbəsi ilə bitsə də, üçüncü raundda italiyalı boksçu daha fəal olub.

Bu raundda Teymur 4:9, ümumi nəticədə isə 13:15 hesabı ilə məğlub olaraq finala çıxa bilməyib. Beləliklə, Teymur Məmmədov London Olimpiadasının bürünc mükafatçısı olub.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL