waplog

Azərbaycanlı tələbələr Malayziyada “Biotexnologiya” üzrə təhsil ala bilərlər


Azərbaycanlı tələbələr Malayziyanın Manipal Beynəlxalq Universitetində (MBU) 2012/2013-cü tədris ili üçün "Biotexnologiya" üzrə təhsil ala bilərlər.

"ICTnews" elektron xəbər xidmətinə Təhsil Nazirliyindən bildirilib ki, MBU-nun növbəti tədris ili üçün beynəlxalq tələbələrə təklif etdiyi digər sahələrə "Mühəndislik", "Biznesin idarə edilməsi" və "Tibb" üzrə təhsil proqramları daxildir.

Nazirlikdən qeyd edilib ki, Manipal Beynəlxalq Universiteti iştirakçıların təhsil, yaşayış, beynəlxalq nəqliyyat xərclərini qarşılayacaq: "Manipal Beynəlxalq Universiteti haqqında daha ətraflı məlumatları və ərizə formalarını "www.miu.edu.my" internet səhifəsindən əldə etmək olar".

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL