waplog

“BlackBerry” istehsalçısı aktivlərini satır


"BlackBerry" smartfonlarını istehsal edən Kanadanın "RIM" şirkəti "NewBay" adlı "bulud" xidmətini və bəzi digər ikinci dərəcəli aktivlərini sata bilər. Bu addım korporasiyanın səhmlərinin qiymətinin aşağı düşməsi ilə bağlıdır.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "RIM" şirkəti "NewBay" adlı "bulud" xidmətini 2011-ci ilin oktyabrında 100 milyon dollara satın almışdı. Bu xidmət sayəsində abunəçilər sosial şəbəkələrdə müxtəlif kontent, əsasən də foto və videoçarxlar yarada, satın ala, baxa və paylaşa bilər. "NewBay" xidməti smartfon, kompyuter və planşetlər üçün əlçatandır.

"RIM"-in "bulud" xidmətinin təxminən 80 milyon abunəçisi var. "NewBay" xidmətinin satın alınması şirkətin əvvəlki rəhbərliyinin yeni qazanc mənbəyi tapmaq üçün nəzərdə tutulmuş planının mühüm bir hissəsi idi. Lakin "NewBay" şirkətə sabit gəlir qazandırmadı.

Hazırda "BlackBerry" təsisçiləri böyük maliyyə problemləri ilə qarşılaşıblar. Belə ki, son il ərzində "RIM"-in səhmləri 60 faizdən çox aşağı düşüb. "Blackberry" smartfonları "Android" və "ios" platforması ilə işləyən smartfonları ilə rəqabətdə uduzur.

Bununla belə qeyd edək ki, şirkətin indiyədək müəyyən sadiq istifadəçi dairəsi var. Onlardan biri də ABŞ prezidenti Barak Obamadır.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL