waplog

Azərbaycanda rabitə xidmətlərinin həcmi 18,5 faiz artıb


2012-ci ilin yeddi ayının makroiqtisadi göstəricilərinin ötən ilin yanvar-iyul aylarının nəticələri ilə müqayisəsi ölkənin həm iqtisadi və həm də sosial sahələrinin dinamik inkişaf etdiyinə dəlalət edir.

Yeddi ay ərzində məhsul istehsalı çoxalıb, xidmətlərin çeşidi genişlənib, yeni iş yerləri açılıb və əhalinin həyat səviyyəsi yüksəlib.

"ICTnews" elektron xəbər xidmətinin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 779.4 milyon manat dəyərində və ya ötən ildə olduğundan 18.5 faiz çox rabitə xidməti göstəriblər.

Xidmətlərin 72.1 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olub və əldə edilmiş gəlirin 74.8 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Həmçinin qeyd edək ki, 2012-ci ilin yeddi ayında elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 732.1 min manatlıq qeyri-ərzaq malları və 43.4 min manatlıq ərzaq məhsulları satılıb.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL