waplog

Gürcüstandan gizli yolla mobil telefonlar və aksesuarlar keçirilməsinə cəhd edilib


Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Vüsal Abbasovun idarə etdiyi "VAZ-21074" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

"ICTnews" Elektron xəbər xidmətinə bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Komitənin mətbuat xidmətindən bildirilib ki, baxış zamanı nəqliyyat vasitəsinin yanacaq çənində xüsusi düzəldilmiş gizli saxlanc yeri aşkar edilib və həmin yerdən müxtəlif markalı, cəmi 52 ədəd mobil telefon və mobil telefonlara aid aksesuarlar - 51 ədəd qidalandırma cihazı, 50 ədəd akkumlyator, 15 ədəd qulaqcıq, 18 ədəd USB kabel, 52 ədəd telefon qutusu aşkar edilərək götürülüb.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL