waplog

“iPhone” üçün mini-printerlərə sifariş qəbulu başlayıb


Londonun “Berg” studiyası sayt və ya mesajın tərkibini ensiz kağız lentdə çap etməyə imkan verən mobil printerlərə sifariş qəbuluna başlayıb.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Little Printer” adlı qurğunun qiyməti 199 funt-sterlinq təşkil edir. Printerlər üçün sifariş qəbulu avqustun 14-də başlanır və “Berg” şirkəti birinci qurğularını iki ay ərzində tədarük etməyi planlaşdırır.

Qurğunu studiyanın saytından sifariş etmək olar. Printer “BERG Cloud Bridge” qurğusu ilə birlikdə tədarük edilir. Bu qurğu internetə “Ethernet” kabel üzrə qoşulur və məlumatları “Little Printer”-ə simsiz kanal üzrə ötürür. Həmçinin üç kağız rulonu tədarük edilir.

Qeyd edək ki, “Little Printer” 2011-ci ilin noyabrında təqdim edilib.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL