waplog

Kənd Təsərrüfatı Nazirliyi vətəndaşlara 4 elektron xidmət təklif edir


Kənd Təsərrüfatı Nazirliyi (KTN) vətəndaşlara 4 elektron xidmət təklif edir. Ölkə əhalisi nazirliyin rəsmi internet səhifəsində (agro.gov.az) «Elektron xidmətlər» bölməsinə daxil olaraq onlardan yararlana bilərlər. Lakin "ICTnews" elektron xəbər xidmətinin əməkdaşlarının diqqətini nazirliyin təqdim etdiyi e-xidmətlərdə bir nüans cəlb edib.

Belə ki, adıçəkilən nazirliyin «Rüsumların ödənilməsi» e-xidmətində Amerika Birləşmiş Ştatlarının 1 dollarlıq əskinaslarının şəkli verilib. Bu da elə bir təəssürat yaradır ki, ölkədə rüsumların ödənilməsi dollarla həyata keçirilir. Halbuki Azərbaycanda bütün rüsumlar manatla ödənilir. Məsələ ilə əlaqədar, qurumun mətbuat xidməti ilə əlaqə saxladıq.

KTN-in sözçüsü Murtuzəli Hacıyev tərəfimizdən sözügedən məsələ ilə məlumatlandırıldıqdan sonra bildirib ki, adıçəkilən elektron xidmət yeni yarandığından bəzi qüsurların olması təbiidir: «Saytımızda «Rüsumların ödənilməsi» elektron bölməsində dolların şəklinin verilməsi dizaynerin səhvidir. Orada manatın şəkli olmalıdır. Çünki Azərbaycanda bütün rüsumlar manatla həyata keçirilir. Bu xidmət sayta yeni yerləşdirildiyi üçün orada olan çatışmazlıqlar üzərində işlər aparılır. Qaldırdığınız məsələ də 1-2 günə öz həllini tapacaq».

Yeri gəlmişkən, onu da bildirək ki, bu gün manatın dövriyyəyə buraxıldığı gündür.

Belə ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra, suverenliyin əsas atributlarından sayılan milli valyutamız olan manat 1992-ci ilin 15 avqust tarixindən etibarən tədavülə buraxılıb.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL