waplog

“Aztelekom” İB 4 yeni EATS istifadəyə verəcək


Ramazan bayramı münasibətilə "Aztelekom" İB tərəfindən yeni elektron ATS-lərin istismara verilməsi planlaşdırılır.

"ICTnews" elektron xəbər xidmətinə birlikdən verilən məlumata görə, 19 avqust tarixində Abşeron rayonunun Yeni Qobu və Hökməli qəsəbələrində hər biri 1024 nömrə tutumuna və 144 ADSL portuna malik EATS-lər istifadəyə veriləcək.

Bununla yanaşı, avqust ayının 20-də Bərdə rayonunun Gülgəzli və Yardımlı rayonunun Osnakəran kəndlərində müvafiq olaraq 128 və 96 nömrə və 30 ADSL port tutumlu EATS-lərin istismara verilməsi nəzərdə tutulur.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL