waplog

Azərbaycan tələbələrinin sosial şəbəkəsi yaradılıb


Türkiyənin ən böyük təhsil resurslarından biri olan "Mezun.com" saytı və Azərbaycanın təhsil portalı olan "Telebe.az" arasında bağlanmış müqaviləyə əsasən, Azərbaycan tələbələrinin sosial şəbəkəsi yaradılıb.

"ICTnews" elektron xəbər xidmətinin "Telebe.az"-a istinadən verdiyi məlumata görə, şəbəkə vasitəsilə tələbələr xarici universitetlər barədə informasiyalar, təhsil xəbərləri və digər faydalı məlumatlar əldə edə biləcəklər. İstifadəçilər birbaşa olaraq xaricdə təhsil alan azərbaycanlılarla təmas yaradıb onlardan həmin ölkədəki təhsil və oxuduqları universitet barədə məlumat almaq imkanına malik olacaqlar.

Qeyd edək ki, ilkin olaraq şəbəkə Türkiyədə təhsil üçün aktivləşdirilib. Amma yaxın gələcəkdə digər ölkələr də əlavə ediləcək. Şəbəkəyə qoşulmaq üçün tələbə birbaşa qeydiyyatdan keçə və ya "Facebook" hesabından istifadə edə bilər.

İstifadəçi saytda öz profilini yarada, məlumatları, foto və videoları paylaşa bilər. Şəbəkə ortaq linkdə "http://telebe.az.mezun.com"-da yerləşdirilib. İlkin olaraq saytın 70%-i Azərbaycan dilinə tərcümə edilib. Saytın təkmilləşdirilməsi ilə bağlı işlər davam edir.

Onu da qeyd edək ki, sayt vasitəsi ilə xaricdə təhsil alan gənclərə 300 dollar məbləğində birdəfəlik təqaüd də veriləcək. Məlumat üçün bildirək ki, 1999-cu ildə yaradılan "Mezun Group" informasiya texnologiyalarından istifadə etməklə insanlar üçün faydalı məhsulların hazırlanması ilə məşğul olur. "Mezun Group"-un Avropa, Şimali Amerika və Türkiyədə təmsilçiləri var. "Telebe.az" saytı 2008-ci ildən fəaliyyət göstərir.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL