waplog

“Bluetooth” lampalar smartfon vasitəsilə idarə olunur (VİDEO)


“Bluetooth” lampalar “Bluetooth 4.0” texnologiyasını dəstəkləyən işıq diodu lampasıdır. Bu lampa smartfon və ya planşetə quraşdırılmış tətbiq vasitəsilə idarə olunur. Lampanın parlaqlığını dəyişdirmək, yanma və sönmə vaxtını proqramlaşdırmaq və hətta RGB palitrasından istənilən işıqlanma rəngini seçmək olar.

“ICTnews.az” elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, lampalar Avropa təhlükəsizlik standartları üzrə sertifikatlaşdırmadan keçiblər. Lampaların gücü 3-7 Vatt təşkil edir. Onları 50 metrədək məsafədən idarə etmək olar.

İstehsalçılar “Bluetooth 4.0” standartının nisbətən yeni olması və hazırda yalnız bəzi smartfon və planşetlər tərəfindən dəstəkləndiyi barəsində xəbərdarlıq ediblər.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL