waplog

Azərbaycanda “Nokia” markalı mobil telefonlarla bağlı 2 elektron xidmət istifadəyə verilib


Artıq "www.nokia.az" saytında telefonun zəmanət müddətinə və təmirin gedişatının vəziyyətinə nəzarət xidməti yaradılıb. "ICTnews" elektron xidmətinin məlumatına görə, bu barədə "Nokia"nın Azərbaycandakı rəsmi distribüteri "MobiTel" şirkətinin məlumatında deyilir.

İstifadəçilər www.nokia.az internet ünvanına daxil olmaqla tez və heç bir ödəniş etmədən, mobil cihazın istehsalçısı – "Nokia" korporasiyası tərəfindən verilən zəmanətin qüvvədə olmasını yoxlaya bilərlər.

Telefonun seriya nömrəsini (IMEI) daxil etməklə dərhal nəticə əldə etmək mümkündür. Eyni zamanda, (http://www.nokia.com/az-az/support/repair-check) saytında təmirin gedişatının vəziyyətini yoxlamaq üçün imkan yaradılıb. Belə ki, mobil cihaz texniki servis mərkəzlərində zəmanətli təmirə verildikdə, sahibinə sifariş kodu verilir.
Saytda həmin kod vasitəsilə təmir barədə məlumat əldə etmək olar. Sadəcə olaraq, sifariş kodunu daxil edib, vaxt itirmədən cavab almaq mümkündür. Qeyd edək ki, bu xidmət satış nöqtələrinə təhvil verilən telefonlara aid deyildir. İstifadəçilər xidmət mərkəzlərini – "http://www.nokia.com/az-az/stores" ünvanında tapa bilərlər.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL