waplog

Dünyada əl ilə idarə olunan ilk üçölçülü rəngli lazer skaner yaradılır


"Creaform" şirkətinin hazırladığı "VIU Handyscan" modeli dünyada əl ilə idarə olunan ilk üçölçülü rəngli lazer skaneridir. Çəkisi 1,3 kiloqram olan skaner obyektin dəqiq xəritəsini əldə etmək üçün bir neçə kameraya malikdir.

Model hamar səthləri, həmçinin qabarıq obyektləri dəqiq və yüksək keyfiyyətlə ideal dərəcədə skan edir.

"VIU Handyscan" müxtəlif sahələrdə - mədəni irs obyektlərinin, incəsənət, antropologiya və arxeologiya nümunələrinin rəqəmsallaşdırılması, eləcə də elektron arxivlərin, animasiyaların yaradılması və s. istifadə üçün nəzərdə tutulub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL