waplog

Mədəniyyət və Turizm Nazirliyində hər bir kompyuterin kənar müdaxilədən müdafiə sistemi gücləndirilib


Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23.05.2011-ci il tarixli, 429 nömrəli fərmanının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyində (MTN) bir sıra tədbirlər həyata keçirilib.

Ötən müddətdə e-xidmətlərin siyahısı hazırlanıb, Nazirlər Kabinetinə və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edilib. Rəsmi internet informasiya ehtiyatında xüsusi "Elektron xidmətlər" bölməsi yaradılıb. Bu bölmədə informativ və interaktiv xidmətlər göstərilir.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. MTN-dən bildirilib ki, cari ilin ilk rübü ərzində nazirliyin kompyuter şəbəkə sistemində yenidənqurma işləri aparılıb. Nazirlikdə istifadə edilən kompyuterlərə yeni proqram təminatları qoşulub, əməkdaşlara mütəmadi olaraq yeni proqramlarla işləmək üçün müvafiq təlimatlar verilib.

Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət (Elektron Azərbaycan) proqramı"nın 7.2.2.1 bəndinin icrası ilə əlaqədar müvafiq işlər aparılıb. Kitabxanaların mövcud veb-saytlarının vahid domen (libnet.az, libraries.az, cls.az) adına bağlanılması, idarə edilməsi, saytların məlumatlarının bir serverdə yerləşdirilməsi, təhlükəsizliyin təmin edilməsi, fasiləsiz olaraq internetə birləşdirilməsi üçün müvafiq işlərə nəzarət edilib.

Nazirlik Aparatının bütün şöbələrində elektron poçt vasitəsi ilə sənədlərin göndərilməsi və qəbul edilməsi tətbiq olunub. Gündəlik məlumatların dövri mətbuata çatdırılması və nazirliyin rəsmi internet saytında yerləşdirilməsi təmin edilib: "Bütün avadanlıqların işlək vəziyyətdə saxlanılması təmin edilib, yaranmış problemlər qısa vaxt ərzində həll olunub. Dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirləri həyata keçirmək məqsədilə şəbəkə sisteminin və hər bir kompyuterin kənar müdaxilədən müdafiə sistemi gücləndirilib.

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının icrası ilə bağlı məlumatlar və tapşırıqlar vaxtında icra edilib. Bununla əlaqədar olaraq nazirliyin rəsmi veb-səhifəsi daha da təkmilləşdirilib, əməkdaşlara elektron imzaların alınması üçün müvafiq sənədlər hazırlanıb, nazirlikdə "DATA" mərkəz yaradılıb, EHDİS portalına qoşulmaq üçün müvafiq işlər görülüb".

Hesabat dövründə nazirlikdə tətbiq edilən sistemlərin (147 nömrəli telefon məlumat sistemi, nazirliyə daxil olan sənəd, ərizə, şikayət və təkliflərin qeydiyyatı sistemi, kinoların reyestri proqramı, Azərbaycan qeyri-maddi mədəni irs abidələrinin reyestri sistemi, tarixi abidə, heykəl və monumentlərin reyestri proqramı, ezamiyyələrin qeydiyyatı və nəzarət proqramı, işə davamiyyət, intizam qaydalarına, tədbirlərə nəzarət sistemi, inventar proqramı, fərman, sərəncam, qərarlar, əmrlərin icrasına nəzarət proqramı, Dövlət Rəsm qalereyalarında saxlanılan əsərlərin "Vahid Elektron Kataloqu" proqramı) işinə daima nəzarət edilib, məlumatların təhlükəsizliyi və qorunması təmin olunub, sistemlər işlək vəziyyətdə saxlanılıb:

"Bundan başqa, turizm üzrə informasiya naviqasiya sisteminin təkmilləşdirilməsi işləri də davam etdirilib. "Eurovision-2012" mahnı yarışmasına hazırlıq dövrlərində (gomap.az) nazirliyin yaratdığı elektron xəritədə lazımi məlumatlar çevik şəkildə yeniləşdirilmiş "Eurovision-2012" saytı ilə inteqrasiya edilməsi işləri təmin edilib. Hesabat dövründə İnformasiya və Kommunikasiya Texnologiyaları ilə əlaqədar müxtəlif tarixlərdə keçirilən bir çox konfrans, seminar və digər tədbirlərdə nazirliyin əməkdaşları iştirak edib, yeni təcrübə və texnologiyalarla tanış olublar.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL