waplog

90 dollara 2 nüvəli mini-kompyuter istehsal edilib


Amerikanın "Oval Elephant" şirkəti "Android" platforması ilə işləyən ikinüvəli mini-kompyuterə ilkin sifarişləri qəbul etməyə başlayıb. Fləş-kart ölçüsündə olan qurğunun çəkisi təxminən 40 qram təşkil edir.

Kompyuter 1,2 QHs takt tezliyində işləyən "ARM Cortex-A9" prosessoru, "Mali 400" çipi ilə təchiz edilib.

 "ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, mini-kompyuter 1 QB əməli yaddaş, məlumatların saxlanılması üçün 4 QB, "microSD" kartları üçün slot, "Wi-Fi" modulu, "USB 2.0" konnektoru və "HDMI" interfeysi ilə təchiz edib.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL