waplog

“Müasir informasiya texnologiyaları və İT-təhsil” mövzusunda VII Beynəlxalq konfrans keçiriləcək


9-11 noyabr 2012-ci il tarixlərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Müasir informasiya texnologiyaları və İT-təhsil" mövzusunda VII Beynəlxalq konfrans keçiriləcək. Konfransın həmtəsisçiləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Hesablama riyaziyyatı və kibernetika" fakültəsi, Sankt-Peterburq Dövlət Universiteti, N.İ.Lobaçevski adına Nijeqorod Dövlət Universiteti, Moskva Dövlət Texniki Universitetinin "Radiotexnika, elektronika və avtomatika" və "İqtisadiyyat, statistika və informatika" fakültələri, Rusiya Elmlər Akademiyasının İnformatika Problemləri İnstitutu, Təhsilin İnformasiyalaşdırılması Akademiyası və "Tətbiqi informatika" jurnalıdır.

 "ICTnews" elektron xəbər xidmətinə bu barədə AMAE-nın İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) məlumat verilib.Tədbir çərçivəsində "Müasir tədris kursları və vəsaitləri" adı altında treninqlər, master-klasslar, videokonfranslar, İT-təhsilin aktual problemləri üzrə "dəyirmi masa"lar keçiriləcək.

Konfransın əsas müzakirə mövzusu İT-təhsil milli sisteminin tədris prosesinin metodiki təminatının, təhsil prosesinin informasiyalaşdırılmasının, İT sahəsində elmi-tədqiqat və layihə fəaliyyətinin, İT-dən istifadə əsasında innovativ pedaqoji həllərin inkişafı, təhsil standartları və proqramlarının təhlili, İT-təhsil milli sisteminin elm, texnologiya, iqtisadiyyat, milli İT sferası, sosial proseslər, təhsilin vəziyyəti və inkişaf tendensiyaları əsasında inkişaf istiqamətlərinin müəyyən edilməsi və s. məsələlərə həsr olunub.

Bundan əlavə, elektron və mobil tədris metodları və texnologiyalarından, innovativ təhsil və alətlər texnologiyasından istifadə əsasında açıq fasiləsiz təhsil sahəsində tədqiqatlar və təcrübə mübadiləsi, yeni informasiya texnologiyalarının tədqiqi və yaradılması da müzakirə edilən əsas mövzulardan olacaq. Konfrans haqqında ətraflı məlumatı "conf.it-edu.ru" saytından əldə etmək olar.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL