waplog

Daha bir nadir “Apple I” kompyuteri hərraca çıxarılacaq


Daha bir orijinal “Apple 1” kompyuteri tezliklə satışa çıxarılacaq. Çərşənbə günü “Christie's” hərrac evi bildirib ki, oktyabrda satışa şəxsən Stiv Cobsun orijinal imzası ilə olan “Apple 1” kompyuteri çıxarılacaq.

Qeyd edək ki, “Apple 1” kompyuterləri 1976-cı ilin iyulundan 1977-ci ilin oktyabrına kimi istehsal edilib və hər biri 666 dollar qiymətinə satılıb. “Apple” şirkəti  o zaman təxminən 200 belə kompyuter istehsal etmişdi. Müasir günümüzə həmin kompyuterlərin təxminən 50-si gəlib çatıb.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2010-cu ildə “Christie's” hərrac evi işlək “Apple I” kompyuterini 210 min dollara satmışdı.





EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL