waplog

Kompyuter oyunları üzrə 7-ci Azərbaycan milli çempionatının final mərhələsi keçirilib


Gənclər və İdman Nazirliyi (GİN)  və Kompyuter Oyunları Milli Assosiasiyası (KOMA) tərəfindən 28-30 avqust tarixlərində kompyuter oyunları üzrə 7-ci Azərbaycan milli çempionatının final mərhələsi keçirilib.

Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə adıçəkilən assosiasiyanın prezidenti Ramil Əliyev məlumat verib. Onun sözlərinə görə, çempionatın 1-ci seçmə mərhələsi iyun ayında respublikanın bütün rayon və şəhərlərində, zona mərhələsi isə iyul ayında müvafiq 9 bölgədə keçirilib: «Ümumilikdə çempionatda 2500 nəfər iştirak edib. Onlar 5 oyun növü üzrə mübarizə aparıblar.

Zona mərhələsində qalib gəlmiş iştirakçılar Bakıdakı düzənlənən final mərhələsinə vəsiqə qazanmışdılar. Finalda da qalib gələn iştirakçılar Gənclər və İdman Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırıldılar. Bundan əlavə, qaliblər Koreyada keçiriləcək Dünya çempionatına və eləcə də Çində düzənlənəcək Beynəlxalq Kompyuter Oyunları çempionatına vəsiqə qazanıblar».



SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL