waplog

İlham Əliyev “TeliaSonera” şirkətinin prezidenti Lars Nuberqi qəbul edib


Prezident İlham Əliyev "TeliaSonera" şirkətinin prezidenti Lars Nuberqi qəbul edib."TeliaSonera" şirkətinin prezidenti Lars Nuberq ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsinin dinamik şəkildə inkişaf etdiyini yüksək qiymətləndirib. O, "Azərcell" şirkətinə ölkəmizdə 3G və 4G mobil texnologiyalarının tətbiqi üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

İnformasiya-kommunikasiya texnologiyaları sektorunun Azərbaycanda prioritet sahə olduğunu vurğulayan Prezident İlham Əliyev internetin ən müasir vasitələrlə ölkənin bütün ərazilərinə çatdırılması istiqamətində işlər görüldüyünü deyib.

Görüşdə Azərbaycanın təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilən xüsusi qətnamə əsasında həyata keçirilən "Transavrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsinə "TeliaSonera" şirkətinin verdiyi dəstəyin önəmi qeyd olundu, Azərbaycan Hökumətinin BMT ilə birgə keçirdiyi İnternet İdarəçilik Forumunun əhəmiyyəti vurğulanıb.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL